
"Qarabağ" APOEL-dən vaxt istədi
- 13:00
- 79
Cənubi Kiprin APOEL klubu Emmanuel Addaini heyətinə qatmaq istəyir.
Rekord.az xəbər verir ki, bunu üçün "Qarabağ"a 1.2 milyon avro ödəməyə də hazırdılar.
Pis məbləğ deyil, Azərbaycan çempionatında oynayan bir kluba dövlət tərəfindən ayrılan illik məbləğə bərabərdi. Lakin bir məsələ də var ki, Addai də getsə, Ağdam klubunun hücum xətti daha da kasadlaşacaq. Komanda Nərimanla Musanın ümidinə qalacaq ki, Çempionlar Liqası, Avropa Liqası kimi turnirdə bu cür hücumçularla oynamaq çətin məsələdir. Bu mənada Qurban Qurbanov seçim qarşısında qalıb. Lakin həftə sonuna kimi kiprlilərə son söz deyiləcək. APOEL rəhbərliyinə də bununla bağlı məlumat verilib.