Qabon yığmasının fəaliyyəti dayandırıldı
- 01 Yan 2026 23:00
- 32
Futbol üzrə Qabon yığmasının texniki heyəti, məşqçiləri buraxılaraq fəaliyyəti ikinci bildirişə qədər dayandırılıb.
Rekord.az Afrika mətbuatına istinadən xəbər verir ki, buna komandanın Mərakeşdə təşkil edilən Afrika Millətlər Kubokundakı uğursuzluğu səbəb olub.
Bu barədə ölkənin idman işləri üzrə səlahiyyətli naziri Simplis - Dezir Mambula elan verib. O, həmçinin iki aparıcı oyunçunun – Bruno Ekuele Manqa və Pyer-Emerik Obameyanqın komandadan kənarlaşdırıldığını bildirib.
Xatırladaq ki, F qrupunda Fil Dişi Sahili, Kamerun və Mozambiklə mübarizə aparan Qabon millisi qrup mərhələsində keçirdiyi bütün oyunlarda məğlub olub.