Qabiqol “Santos”u seçdi
- 04 Yan 2026 16:40
- 55
“Kruzeyro”nun hücumçusu Qabriel Barbosa karyerasını “Santos”da davam etdirəcəyini açıqlayıb.
Rekord.az xəbər verir ki, braziliyalı futbolçu bu ilin sonuna qədər icarə əsasında yeni komandasında oynayacağını bildirib.
“Qabiqol” ləqəbli forvard “Santos”un akademiyasının yetirməsidir. O, Braziliya klubunda 207 oyun keçirib, 83 qol vurub və 13 məhsuldar ötürmə edib. Barbosa, eyni zamanda, Avropada “İnter” və “Benfika”da oynayıb.