"Atletiko" PSJ-nin futbolçusu Li Kanqı transfer edib.


Rekord.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.


25 yaşlı futbolçunun müqaviləsi 30 iyun 2031-ci ilə qədərdir.


Cənubi Koreyalı yarımmüdafiəçi 2023-cü ilin yayından bəri PSJ-də oynayır. Bu müddət ərzində Li Kanq-in bütün turnirlərdə 124 oyun keçirib, 16 qol vurub və 16 məhsuldar ötürmə edib. O, iki dəfə Çempionlar Liqasını, üç dəfə isə Fransa çempionluğunu qazanıb.