Premyer Liqaya iddia edən klub baş məşqçisini dəyişəcək?
- 13:00
- 55
Hazırda I Liqada 2-ci pillədə olan və Premyer Liqa şansını davam etdirən "Baku Sportinq" hazırkı baş məşqçi Röyal Nəcəfovun işindən razıdır.
Rekord.az-a daxil olan məlumata görə, əgər komanda Premyer Liqaya vəsiqə qazana bilsə, Nəcəfovla yeni müqavilə bağlanacaq.
Daha doğrusu, klub tərəfindən yeni müqavilə təklif olunacaq. Dəyərləndirmək artıq gənc məşqçinin üzərinə düşəcək.
Amma bir məsələ var ki, Röyalın Pro kateqoriyası yoxdur. Bu mənada, komanda elitaya çıxsa, formal olaraq baş məşqçi kimi bu kateqoriyaya sahib olan birinin adı yazılacaq.