Premyer Liqada hakim dəyişikliyi
- 16:00
- 30
Misli Premyer Liqasının XII turunda keçiriləcək oyunların hakim təyinatlarında dəyişiklik baş verib.
Rekord.az xəbər verir ki, Elçin Məsiyev zədələndiyi üçün “Karvan-Yevlax” - “Kəpəz” görüşünün baş hakimi Rauf Cabarov olacaq.
Elçin Məsiyev həmin qarşılaşmanın VAR hakimi funksiyasını yerinə yetirəcək.
“Araz-Naxçıvan” - “Turan Tovuz” oyununda isə Rauf Cabarovun yerinə Rəşad Əhmədov VAR hakimliyini edəcək.