Premyer Liqada 100-cü dəfə qapısını toxunulmaz saxladı
- 13:41
- 27
İngiltərə Premyer Liqasının 19-cu turunda "Lids"lə oyun "Liverpul"un qapıçısı Alison Beker üçün əlamətdar olub.
Rekord.az Mersisayd təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, braziliyalı qolkiperin komandanın heyətində çempionatda qol buraxmadığı matçların sayı 100-ə çatıb.
Sözügedən qarşılaşma qolsuz heç-heçə ilə yekunlaşıb.
33 yaşlı qapıçı cari mövsüm Premyer Liqada 14 görüşdə meydanda olub.