
Portuqaliya Millətlər Liqasının qalibi oldu
- 01:48
- 40
Bu gün Millətlər Liqasında 3-cü yer və final qarşılaşmaları keçirilib.
Rekord.az xəbər verir ki, həlledici görüşdə Portuqaliya və İspaniya komandaları üz-üzə gəliblər.
Əsas vaxtı 2:2 hesabıyla yekunlaşmış finalın qalibi penaltilər seriyasında müəyyənləşib. Daha dəqiq oynayan portuqallar turnirin qalibi olublar.
Xatırladaq ki, finaldan öncə 3-cü yer uğrunda oyun keçirilib. Fransa millisi iki cavabsız qolla Almaniya komandasına qalib gəlib.
UEFA Millətlər Liqası
Final
8 iyun
Portuqaliya - İspaniya 2:2 (penaltilər 5:3)
Qollar: N.Mendeş, 26. Ronaldo, 61 - Subimendi, 21. Oyarsabal, 45.
Baş hakim: Sandro Şorer (İsveçrə).
Münhen. "Alyans Arena".