Azərbaycanın "Odlar yurdu" komandası Honq Konqda şahmatın rapid və blits növü üzrə dünya çempionatında iştirak edəcək.


Bu barədə Rekord.az-a Azərbaycan Şahmat Federasiyasından (AŞF) məlumat verilib.


Azərbaycanı turnirdə Rauf Məmmədov, Aydın Süleymanlı, Əhməd Əhmədzadə, Xəzər Babazadə, Vüqar Manafov, Günay Məmmədzadə və Murad Həşimov təmsil edəcək.


R.Məmmədov eyni zamanda kapitan funksiyasını yerinə yetirəcək. AŞF-nin baş katibi İlahə Qədimova isə dünya çempionatında baş hakimin müavini olacaq.


Qeyd edək ki, 17-22 iyunda təşkil olunacaq yarışın qaydalarına əsasən heyətdə 5 kişi, 1 qadın və 1 həvəskar şahmatçı çıxış etməlidir.