Ölkə kubokunun qalibləri müəyyənləşəcək
- 15:30
- 28
Yeniyetmə və gənc stolüstü tennisçilər ölkə kuboku uğrunda mübarizə aparacaqlar.
Rekord.az xəbər verir ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi (AGİN) və Azərbaycan Stolüstü Tennis Federasiyasının (ASTF) təşkil etdiyi yarışda paytaxt Bakı ilə yanaşı digər şəhər və rayonların idmançıları bacarıqlarını göstərəcəklər.
Noyabrın 23-də "Şüa İdman Sağlamlıq Kompleksi"ndə start götürəcək ölkə kuboku turnirində U14 və U18 yaş qrupları üzrə qaliblər məlum olacaq. Komanda, şəxsi, qoşa və qarışıq qoşa növləri üzrə keçiriləcək yarışa noyabrın 26-da yekun vurulacaq. Fərqlənən idmançılara AGİN-in diplom və medalları, ASTF-nin mükafatları təqdim olunacaq.