Voleybolçu qadınlar arasında Azərbaycan çempionatında daha bir oyun keçirilib. "Rekord.az" xəbər verir ki, bu gün Super Liqanın 3-cü turu çərçivəsində "Murov Az Terminal" və "Gəncə" komandaları üz-üzə gəliblər.

"Murov Az Terminal" VK-nın idman zalında təşkil olunan görüş gərginliyi ilə yadda qalıb. 4 hissə davam edən bu matçda meydan sahibləri 3:1 hesabı ilə qələbə qazanıblar.


Super Liqa 

21 noyabr 

III tur 

   "Murov Az Terminal" - "Gəncə" 3:1