AFFA-dan Bədavi Hüseynov məsələsinə reaksiya: "Onun adı rəsmi protokolda olub" - açıqlama
- 14:09
- 56
Bu gün mediada UEFA İntizam Komitəsinin oktyabrın 16-da keçirilən Andorra - Azərbaycan qarşılaşması ilə bağlı araşdırma başlatdığı iddiası səslənib. "Rekord.az" xəbər verir ki, orada Bədavi Hüseynovun adının oyunun iştirak ərizəsində olmaması səbəbindən futbolçunun meydançaya çıxması komandaya texniki məğlubiyyətə başa gələcəyi qeyd olunub.
Məsələ ilə bağlı AFFA-ya müraciət etdik. Qurumdan "Rekord.az"-a verilən rəsmi açıqlamanı sizə təqdim edirik:
"Bu gün mediada Bədavi Hüseynovun Andorra – Azərbaycan matçının oyun protokolunda yer almaması ilə əlaqədar Azərbaycan millisinə texniki məğlubiyyət veriləcəyi barədə xəbərlər yayılıb.
Bildiririk ki, Bədavi Hüseynovun adı UEFA-nın rəsmi platformasında yayımlanan Andorra – Azərbaycan oyununun protokolunda yer alıb.
AFFA-ya qarşılaşma ilə bağlı hər hansı qayda pozuntusu və ya texniki məğlubiyyət ehtimalı üzrə rəsmi müraciət daxil olmayıb.
Təəssüf ki, bu cür xəbərlər AFFA ilə dəqiqləşdirilmədən, qurumun mövqeyi öyrənilmədən ictimaiyyətə təqdim olunur".