"Valensiya" “Vilyarreal”ın hücumçusu Arno Danjumanı transfer edib.


Rekord.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 28 yaşlı niderlandlı hücumçu ilə 2028-ci ilin yayına qədər müqavilə imzalanıb.


Niderland yığmasının sabiq futbolçusu komandaya sərbəst agent kimi qoşulub.


Danjuma 2024/2025 mövsümündə "Vilyarreal"dan "Jirona"ya icarəyə verilmişdi. O, meydana çıxdığı 37 matçda 5 qol və 2 məhsuldar ötürməyə imza atıb.