"Neftçi"yə lazım olmasa, bu iki klubdan birinə keçəcək
- 05 Yan 2026 15:00
- 289
Elvin Camalov qışdan sonra karyerasını başqa klubda davam etdirə bilər.
Rekord.az xəbər verir ki, "Neftçi"nin yeni baş məşqçisi Yuri Vernidub onun xidmətində maraqlı deyil.
Ona görə komanda Ərəbistan toplanışından qayıtdıqdan sonra böyük ölçüdə icarəyə veriləcək. Əldə etdiyimiz məlumata görə, Elvinin xidmətində "Qəbələ" və "Kəpəz" maraqlıdır.