"Neftçi"nin yeni məşqçisi bu tanınmış məşqçinin oğludur
- 08 Yan 2026 10:00
- 108
Xəbər verdiyimiz kimi, “Neftçi”nin məşqçilər heyətinə yeni təyinatlar olub.
Rekord.az xəbər verir ki, Atilla Küçüktaka və Fuad Əsədov qapıçılar üzrə məşqçi vəzifəsini yerinə yetirəcəklər.
Hər iki mütəxəssislə 1,5 illik müqavilə bağlanıb. 32 yaşlı Əsədov əvvəllər “Neftçi” Futbol Akademiyasının qapıçılar üzrə məşqçisi və koordinatoru olub, əvəzedici komandada çalışıb. O, “Rəvan” (U-19) və “Səbail” klublarında, həmçinin U-17, U-18 və U-19 milli komandalarında da işləyib.
Maraq üçün qeyd edək ki, Fuad Əsədov tanınmış məşqçi Arif Əsədovun oğludur.