“Neftçi”nin bütün rəqibləri dəqiqləşdi
- 19:30
- 29
“Neftçi” Misir, Qazaxıstan və Çin təmsilçiləri ilə yoxlama oyunları keçirəcək.
Rekord.az xəbər verir ki, bu barədə “ağ-qaralar”ın mətbuat xidməti məlumat yayıb.
Bakı klubu yanvarın 4-dən 17-dək BƏƏ-nin paytaxtı Əbu-Dabi şəhərində təlim-məşq toplanışı keçəcək.
Ayın 5-də ilk məşqə çıxacaq komanda hazırlıq çərçivəsində 3 yoxlama oyunu keçirməyi planlaşdırır. “Neftçi” yanvarın 9-da “Kayrat” (Qazaxıstan), 13-də “Piramids” (Misir), 16-da isə “Çenqdu Ronqçenq” (Çin) klubları ilə qarşılaşacaq. Matçların başlanma saatı ilə bağlı məlumat daha sonra veriləcək.