"Jalqiris"in baş məşqçisi Aleksey Baqa "Neftçi"nin ona təklif göndərməsinə münasibət bildirib.

Rekord.az xəbər verir ki, "5min.lt" saytına geniş müsahibə verən 39 yaşlı mütəxəssis ona gələn təklifləri gizlətməyəcəyini vurğulayıb.

Belaruslu məşqçi "sizin adınız "Suduva" (Litva), "Yagelloniya" (Polşa) və "Neftçi" ilə əlaqədə olmağınız doğrudurmu" sualına belə cavab verib:

"Gizlətməyəcəm, klub rəhbərləri ilə söhbətlərim olub. Konkret hansısa klub haqqında danışmaq istəmirəm. Fərqli səbəblərə görə gedə bilmədim.

Bəzi hallarda başqa bir namizəd seçildi, digərlərində isə ailəmin vəziyyəti böyük rol oynadı. Uzaq bir yerə getmək və ailəmi özümlə aparmaq istəmirdim".

"Neftçi" baş məşqçisi Roberto Bordinlə yollarını ayırıb. "Ağ-qaralar" mövsümün sonuna kimi köməkçi məşqçi Füzuli Məmmədova tapşırılıb. Aleksey Baqa daha öncə Belarusda BATE-yə rəhbərlik edib.