"Neftçi" klubu qış təlim-məşq toplanışına start verib.


Rekord.az xəbər verir ki, yanvarın 4-də BƏƏ-yə yola düşən komanda paytaxt Əbu-Dabidə ilk məşqə çıxıb.


"Neftçi" BƏƏ-də 3 yoxlama matçı keçirəcək. Komanda yanvarın 9-da "Kayrat" (Qazaxıstan), 13-də "Piramids" (Misir), 16-da isə "Çenqdu Ronqçenq" (Çin) klubları ilə üz-üzə gələcək.


Qeyd edək ki, "Neftçi"nin toplanışı yanvarın 17-dək davam edəcək.