Voleybol üzrə kişilər arasında Azərbaycan çempionatında bürünc medal uğrunda oyun keçirilib. "Rekord.az" xəbər verir ki, bu gün Yüksək Liqada üçüncülük qarşılaşmasında "Neftçi" və "Murov Az Terminal" klubları üz-üzə gəliblər. 

GİN-in Voleybol Mərkəzində bas tutan görüş "Neftçi"nin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Beləliklə, "Neftçi" klubu Azərbaycan çempionatının bürünc medalına sahib çıxıb.

Yüksək Liqa

18 aprel 

Bürünc medal uğrunda oyun 

   “Neftçi” - “Murov Az Terminal” 3:0 (25:17, 25:17, 25:13)