«Neftçi» rəhbərliyi «Keşlə»nin hücumçusu Anatolie Abanqa elçi düşüb.

Rekord.az xəbər verir ki, klub nümayəndələri qarşı tərəflə əlaqə saxlayaraq, kamerunlu legionerin müqavilə şərtləri ilə maraqlanıb.

Onların nəzərinə çatdırılıb ki, qış fasiləsində 1 illik kontrakta imza atmış afrikalı forvardın aylıq məvacibi 10 min dollardır.

Həmçinin Abanqın transferini təşkil edən menecerə bir o qədər vəsait ödənilib. «Neftçi»yə bildirilib ki, əgər sərfəli təklif gələrsə, kamerunlunun satışı mümkündür. (sportinfo.az)