"Neftçi" Dumbiya ilə danışıqları bərpa etdi: yanvarda gəlir?
- 11:00
- 39
"Neftçi" İdrissa Dumbiya ilə danışıqları yenidən bərpa edib.
Rekord.az-a daxil olan məlumata görə, tərəflər daha çox maliyyə məsələsində razılığa gəlməyə çalışır.
Əgər bu razılıq baş versə, Dumbiya yanvardan etibarən "Neftçi"yə qoşulacaq.
Qeyd edək ki, tərəflər arasında bir müddət bundan öncə də danışqlar olmuşdu. Yekunda futbolçu düşünmək üçün zaman istəsə də, sonradan ondan səs çıxmamışdı. Bu dəfə isə futbolçu özü meneceri vasitəsi ilə "Neftçi"yə çıxıb danışqları bərpa etməyə hazır olduğunu bildirib.
Qeyd edək ki, yayda “Əl-Əhli”dən (Qətər) ayrılan 27 yaşlı oyunçu karyersı boyu “Anderlext”, “Sportinq”, “Ueska”, “Alanyaspor” kimi tanınmış klublarda çıxış edib