“Napoli” yarımmüdafiəçisi Maykl Folorunşonu icarəyə göndərib.

Rekord.az xəbər verir ki, 28 yaşlı italiyalı futbolçu yeni mövsümü “Monza”da keçirəcək.

Bu haqda klubun mətbuat xidməti məlumat yayıb. Müqavilədə oyunçunun birdəfəlik transfer variantı da nəzərdə tutulub.

"Napoli” Folorunşonun icarəsi üçün 500 min avro alacaq. “Monza” isə futbolçunu 7 milyon avroya transfer edə bilər.

Qeyd edək ki, bu, yarımmüdafiəçinin ardıcıl üçüncü icarəsidir. Folorunşo daha əvvəl “Fiorentina” və “Kalyari”də çıxış edib.

O, ötən mövsüm A Seriyasında keçirdiyi 27 oyunda 2 qol vurub.