“Monako”dan “Nyukasl”a
- 16:30
- 28
“Nyukasl” "Monako"nun futbolçusu Aladji Bambanı transfer edib.
Rekord.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
20 yaşlı fransalı dayaq yarımmüdafiəçisi ilə 2031-ci ilin yayına qədər müqavilə imzalanıb.
"Transfermarkt" portalı oyunçunun dəyərini 35,5 milyon avro qiymətləndirir. O, yeni komandasında 8 nömrəli formanı geyinəcək.
A.Bamba "Monako"nun əsas komandasında 2025-ci ilin avqustunda debüt edib. Futbolçu həmin vaxtdan etibarən bütün turnirlərdə 25 oyuna çıxıb və 2 məhsuldar ötürmə ilə yadda qalıb.