Minifutbol üzrə Azərbaycan çempionatında mövsümə start verilib
- 14:00
- 40
Minifutbol üzrə Azərbaycan çempionatında yeni mövsümə start verilib.
Rekord.az xəbər verir ki, yarışın ilk günündə 4 oyun keçirilib.
"Aznur" "Star Bakı"ya heç bir şans verməyib - 18:2. "Atəşgah Suraxanı" "Lənkəran"ı (5:4), "DİN İdman Cəmiyyəti" "Bakı 145"i (5:3) məğlub edib. "Sumqayıt" - "Buxar" duelində isə qalib müəyyənləşməyib - 2:2.
1-ci turun növbəti 4 oyunu bu gün baş tutacaq.