Millinin baş məşqçisi ilə yeni müqavilə
- 12:41
- 21
Kolumbiya Futbol Federasiyası milli komandanın baş məşqçisi Nestor Lorenso ilə müqavilənin müddətini uzadıb.
Rekord.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Yeni müqavilənin müddəti açıqlanmayıb.
Kolumbiya millisi Nestor Lorensonun rəhbərliyi altında 2026-cı il dünya çempionatının 1/8 finalına yüksəlib. Komanda bu mərhələdə İsveçrəyə penaltilər seriyasında uduzub. Oyunun əsas və əlavə vaxtı qolsuz bərabərliklə başa çatıb - 0:0, penaltilər seriyası isə 3:4 hesabı ilə yekunlaşıb.
60 yaşlı argentinalı mütəxəssis 2024-cü ildə keçirilən Amerika Kubokunda da Kolumbiya millisini finala çıxarmağı bacarıb.