Azərbaycan millisinin növbəti rəqibi olan San Marino yığması ötən gün yoxlama oyunu keçirib. 


Rekord.az xəbər verir ki, sözügedən komanda Banqladeş yığması ilə qarşılaşıb.


Matç San Marino yığmasının məğlubiyyəti ilə başa çatıb – 1:2.


Qeyd edək ki, Azərbaycan millisi San Marino ilə iyunun 9-da qarşılaşacaq. Macarıstanda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə 22:00-da start götürəcək.