Millimizin İslandiya və Fransaya qarşı oyunlarının biletləri satışa çıxarıldı
- 11:25
- 43
Azərbaycan millisinin DÇ-2026-nın seçmə mərhələsində İslandiya və Fransa yığmalarına qarşı keçirəcəyi matçların biletləri satışa çıxarılıb.
Rekord.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
"İticket.az" vasitəsilə satılan biletlərin qiymətləri İslandiya ilə oyun üçün 5-30 manat aralığında dəyişir. Azərbaycan - Fransa görüşü üçün bilet qiymətləri isə 5-200 manat aralığındadır.
Qeyd edək ki, İslandiya ilə qarşılaşma noyabrın 13-də, saat 21:00-da 8-ci km qəsəbə stadionunda keçiriləcək. Azərbaycan – Fransa matçı isə noyabrın 16-da, saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.