Millimizin baş məşqçisinin brifinqi olacaq
- 09 Yan 2026 19:00
- 45
Yanvarın 11-dən 17-dək Bakıda təlim-məşq toplanışında olacaq 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının brifinqi təşkil olunacaq.
Rekord.az xəbər verir ki, yanvarın 12-də saat 11:00-da başlanacaq məşqdən 15 dəqiqə əvvəl U-21-in baş məşqçisi Rəşad Eyubov media nümayəndələrinin suallarını cavablandıracaq.
Tədbir Milli Komandaların Təlim-Məşq Mərkəzində baş tutacaq.