Azərbaycanın cüdo millisinin oktyabrın 4-11-i aralığında Bakı keçiriləcək dünya çempionatı üçün ilkin heyəti açıqlanıb.


Bu barədə Rekord.az-a Azərbaycan Cüdo Federasiyasından məlumat verilib.


İlin ən mötəbər cüdo yarışında Azərbaycanı 12 çəki dərəcəsində 23 cüdoçu (17 kişi və 6 qadın) təmsil edəcək.


İdmançılar performans direktoru, kişilərdən ibarət milli komandanın baş məşqçisi Riçard Trautman, böyük məşqçilər Elxan Məmmədov, Elçin İsmayılov, Robert Kravçik və Slavko Tekiç, qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif və böyük məşqçi Saşa Herkenrat-Vimarın rəhbərliyi ilə tatamiyə çıxacaqlar.


Milli Gimnastika Arenasında keçiriləcək dünya çempionatında fərdi mübarizələr oktyabrın 4–10-da, qarışıq komanda yarışı isə 11-də baş tutacaq.


Dünya çempionatında iştirak edəcək heyəti təqdim edirik:


Qadınlar


48 kq


Şəfəq Həmidova


Könül Əliyeva


52 kq


Gültac Məmmədəliyeva


57 kq


Xədicə Qədəşova


70 kq


Südabə Ağayeva


+78 kq


Madina Kaisinova


Kişilər


60 kq


Balabəy Ağayev


Əhməd Yusifov


66 kq


Ruslan Paşayev


Turan Bayramov


Nizami İmranov


73 kq


Hidayət Heydərov


Rəşid Məmmədəliyev


81 kq


Zelim Tçkayev


Ömər Rəcəbli


Vüsal Qələndərzadə


90 kq


Murad Fətiyev


Elcan Hacıyev


Süleyman Şükürov


100 kq


Zelim Kotsoyev


+100 kq


Uşanqi Kokauri


Kənan Nəsibov


Camal Qamzatxanov