Millimiz seçmə mərhələdə üçüncü oyununa çıxır
- 17 Apr 2026 12:40
- 202
19 yaşadək qızlardan futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində üçüncü oyununu keçirəcək.
Rekord.az xəbər verir ki, Həbib Ağayevin baş məşqçisi olduğu kollektiv bu gün Gürcüstan yığması ilə üz-üzə gələcək.
Görüş Xorvatiyanın Luçko şəhərində, Bakı vaxtı ilə saat 14:00-da start götürəcək.
Xatırladaq ki, U-19 daha əvvəl Xorvatiyaya 0:6, Çexiyaya 0:9 hesabı ilə uduzub.