“Milan”da ciddi itki
- 21:00
- 28
“Milan” İtaliya çempionatı çərçivəsində sabah doğma meydanda “Kalyari”ni qəbul edəcək.
Rekord.az xəbər verir ki, qarşılaşma ərəfəsində “Milan”ın baş məşqçisi Massimiliano Alleqri hücum xəttində ciddi problemlərlə üzləşib.
Rafael Leaonun bu oyunda meydana çıxacağı hələ də sual altındadır, çünki futbolçunun bərpası gözləniləndən daha uzun çəkir. Bununla yanaşı, əvvəlki matçın qəhrəmanı Kristofer Nkunku da “Kalyari” ilə görüşü buraxa bilər. Fransalı hücumçu məşq zamanı zədələnib.
Xatırladaq ki, “Milan” hazırda A Seriyasının turnir cədvəlində 2-ci pillədə qərarlaşıb.