“Milan” yeni transferini açıqladı
- 20:30
- 33
"Milan" heyətinə yeni futbolçu qatıb.
Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
A seriyası təmsilçisi "Vest Hem"dən hücumçu Niklas Fülkruqu icarəyə götürüb.
Füllkruq 9 fevral 1993-cü ildə Almaniyanın Hannover şəhərində anadan olub. O, "Verder"in gənclər akademiyasında yetişib və oyunçu karyerasının ilk hissəsini Almaniyada keçirib, 2019-cu ildə "Verder"ə qayıtmazdan əvvəl "Qroyter Fürt", "Nürnberq" və "Hannover"də oynayıb. 2023-cü ilin yayında o, "Borussiya"ya (Dortmund) transfer olub, 2024-cü ildə isə "Vest Hem Yunayted"ə keçib. Fülkruq 2022-ci ilin noyabr ayında Almaniya millisinə çağırılıb.