Lionel Messi İspaniyanın üçüncü divizionunda çıxış edən Kataloniyanın "Kornella" klubunun yeni sahibi olub.


Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 


Bəyanatda argentinalı ulduzun bu addımının bölgə ilə bağlılığının göstəricisi olduğu vurğulanıb:


"Bu addım Messinin Barselona ilə sıx əlaqəsini, Kataloniyada idmanın və yerli istedadların inkişafına sadiqliyini təsdiqləyir. Bu, onun "Barselona"nın heyətində çıxış etdiyi illərdə yaranan və bu günə qədər qorunub saxlanılan bir bağdır".


1951-ci ildə əsası qoyulan "Kornella" ev oyunlarını 1500 tamaşaçı tutumu olan "Nou Kamp Munisipal" stadionunda keçirir.