"Məhəllə uşaqları" 1/4 finalda
- 12:00
- 37
Həvəskarlar Liqasında çıxış edən Sumqayıtın "Məhəllə uşaqları" komandası növbəti matçını keçirib.
Rekord.az xəbər verir ki, Orxan Abdullayevin komandası səfərdə Mingəçevirin "Ulduz" komandası ilə üz-üzə gəlib.
Oyun "Ulduz"un 6:2 hesablı qələbəsi ilə başa çatıb. Lakin "Məhəllə uşaqları" ilk oyunda 6:1 hesabı ilə qələbə qazandıqları üçün yekun nəticəyə görə turnirin 1/4 final mərhələsinə vəsiqə qazanan tərəf olublar. Burada onların rəqibi "Real" - "Ağsu" cütünün qalibi olacaq.