Maqnus Karlsen 9-cu dəfə blits üzrə dünya çempionu oldu
- 31 Dek 2025 11:30
- 308
Norveçli şahmatçı Maqnus Karlsen Qətərin paytaxtı Dohada keçirilən blits üzrə dünya çempionatının qalibi olub.
Rekord.az xəbər verir ki, Karlsen finalda Özbəkistandan Nodirbek Abdusattorovu məğlub edib.
Həlledici görüş norveçli şahmatçının 2,5:1,5 hesablı qələbəsi ilə başa çatdı.
Maqnus Karlsen 9-cu dəfə bu titula yiyələnib. O, bir neçə gün öncə rapid üzrə də dünya çempionu olmuşdu.