"Mançester Siti"dən Xusanovla yeni müqavilə
- 18:00
- 18
Özbəkistan millisinin müdafiəçisi Abdukodir Xusanov İngiltərənin "Mançester Siti" klubu ilə müqaviləsinin müddətini uzadıb.
Rekord.az xəbər verir ki, bu barədə "şəhərlilər"in mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, 22 yaşlı futbolçu ilə imzalanan yeni sözləşmə 2031-ci ilin yayına qədər qüvvədə olacaq. Xusanovun əvvəlki müqaviləsi 2029-cu ilin yayında başa çatırdı.
Özbəkistanlı müdafiəçi 2025-ci ilin yanvarında Fransanın "Lans" klubundan 40 milyon avro transfer haqqı müqabilində "Mançester Siti"yə keçib. O, ötən mövsüm "Mançester Siti"nin heyətində bütün turnirlərdə 37 oyunda meydana çıxıb.