
“Mançester Siti”də ayrılıq
- 09 İyn 2025 18:20
- 82
"Mançester Siti" qapıçısı Skott Karsonla yollarını ayıracağını elan edib.
Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Şəhərlilər" müqavilə müddəti başa çatan 39 yaşlı qolkiperin sözləşməsini yeniləməyəcək.
Karson 2019-2021-ci illərdə Premyer Liqa təmsilçisinin heyətində icarə əsasında çıxış edib. Daha sonra "Mançester Siti" onu transfer etmək hüququndan istifadə edib.