İtaliya A seriyasında fevral ayının ən yaxşı futbolçusu müəyyənləşib.

Rekord.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb. Ötən ayın ən yaxşısı "İnter"in belçikalı oyunçusu Romelu Lukaku seçilib. 27 yaşlı hücumçu fevral ayında 4 matça çıxaraq, 4 qol vurub və 3 qolun ötürməsini verib.

Qeyd edək ki, Lukaku 2019-cu ildən Milan təmsilçisində oynayır.