Litva səfirindən “Qarabağ”a və Qurbanova dəstək
- 14:40
- 38
Litvanın Azərbaycandakı səfiri Kestutis Vaşkeleviçus UEFA Konfrans Liqasının pley-off mərhələsindəki məğlubiyyətindən sonra "Qarabağ" futbol klubuna dəstəyini ifadə edib.
Rekord.az xəbər verir ki, bu barədə səfir "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
"Ötən gecə "Qarabağ" qələbə qazanmasa da, bir nəticə bu komandanın artıq nail olduqlarını heç cür kiçildə bilməz. "Qarabağ"a və uzun illər ərzində komandaya rəhbərlik edərək Avropa arenasında unudulmaz qələbələr qazandıran, Azərbaycanın futbol mədəniyyətinə böyük töhfə verən baş məşqçi Qurban Qurbanova böyük hörmətimi bildirirəm. Belə bir irs həmişəlik qalır", - o yazıb.
Qeyd edək ki, "Qarabağ" UEFA Konfrans Liqasının pley-off mərhələsində Niderlandın "Tvente" klubuna iki oyunun nəticəsinə (1:0, 1:4) əsasən uduzaraq mübarizəni dayandırıb. Beləliklə, ardıcıl 12 mövsüm avrokubokların əsas mərhələsində mübarizə aparan "Qarabağ"ın uğurlu seriyası qırılıb.