Liqa yarışının 3-cü turu keçiriləcək
- 23:00
- 46
Mayın 23-dən 14-dək Abşeron Olimpiya İdman Kompleksində cüdo üzrə U-14 yeniyetmələr arasında Liqa yarışının III turu keçiriləcək.
Rekord.az xəbər erir ki, yarışda 95 klub və idman cəmiyyətindən olan 643 cüdoçu (532 oğlan, 111 qız) ümumilikdə 18 çəki dərəcəsində medallar uğrunda mübarizə aparacaq.
Bu, cari ildə U-14 Liqa yarışının son turu olacaq. Analoji turnirlər idmançıların reytinq cədvəlinin formalaşmasında önəmli rol oynayacaq.