Levandovski Neymarı geridə qoydu
- 17:40
- 33
Polşalı futbolçu Robert Levandovski "Barselona"da vurulan qolların sayına görə Neymarı geridə qoyub.
Rekord.az xəbər verir ki, 37 yaşlı hücumçu buna La Liqanın XII turunda səfərdə "Selta" ilə matçda nail olub.
Qarşılaşmada üç dəfə fərqlənən təcrübəli forvard Kataloniya təmsilçisində 108-ci qoluna imza atıb. Neymar "Barselona"da 105 dəfə rəqib qapılarına yol tapmışdı.
Levandovski 2022-ci ildən "Barselona"da çıxış edir. Onun klubla müqaviləsinin müddəti 2026-cı ilin yayınadək qüvvədədir.
Qeyd edək ki, "Barselona" "Selta"nı 4:2 hesabı ilə məğlub edib.