"McLaren" komandasının britaniyalı pilotu Lando Norris ilk dəfə Formula 1 üzrə dünya çempionatının qalibi olub.


Rekord.az xəbər verir ki, Lando Norris Abu Dabi Qran Prisinin final mərhələsində üçüncü olub.


Əvvəlki dörd mövsümdə çempionluq qazanmış "Red Bull" komandasının niderlandlı pilotu Maks Ferstappen yarışı birinci bitirib. Norrisin komanda yoldaşı, avstraliyalı Oskar Piastri finişdə ikinci olub.


Nəticədə Norris çempionatda 423 xal toplayıb. Verstappen ümumi hesabda ikinci (421 xal), Piastri isə üçüncü pillədə qərarlaşıb (410).