Muradla Zamiq Konfrans Liqasında oyuna çıxdılar, “Trabzonspor” səfərdə sevindi
- 02:25
- 25
Konfrans Liqasının liqa mərhələsində 4-cü turun oyunları keçirilib.
Rekord.az xəbər verir ki, bu gün 18 oyun baş tutub.
Azərbaycanlı futbolçu Zamiq Əliyevin formasını geyindiyi “Eqnatiya” evdə “Linkoln”a qalib gəlib. Zamiq 84-cü dəqiqədə meydana buraxılıb.
Digər həmyerlimiz Murad Məmmədovun çıxış etdiyi “Pafos” isə “Midtyulland”a evdə uduzub. Azərbaycanlı futbolçu 55-ci dəqiqədə mübarizəyə qoşulub.
Avropa Konfrans Liqası
Liqa mərhələsi, 4-cü tur
26 noyabr
Kayrat (Qazaxıstan) – Myalbü (İsveç) 1:0
Ayaks (Niderland) – Tun (İsveçrə) 4:0
Pafos (Kipr) – Midtyulland (Danimarka) 0:2
Brayton (İngiltərə) – Universitatya (Krayova, Rumıniya) 4:0
Brann (Norveç) – Orhus (Danimarka) 1:4
Harts (Şotlandiya) – Monako (Fransa) 2:3
Yablonets (Çexiya) – Luqano (İsveçrə) 2:0
Kauno Jalgiris (Litva) – Riqa (Latviya) 2:0
İberiya (Gürcüstan) – Xetafe (İspaniya) 1:0
Eqnatiya (Albaniya) – Linkoln (Cəbəllütariq) 2:1
Braqa (Portuqaliya) – KuPS (Finlandiya) 4:0
Frayburq (Almaniya) – Tvente (Niderland) 2:1
Gent (Belçika) – Srvena Zvezda (Serbiya) 1:1
Borats (Bosniya və Herseqovina) – Atalanta (İtaliya) 2:3
Hayduk (Xorvatiya) – Sent-Trüden (Belçika) 0:2
Nordsyelland (Danimarka) – Panatinaikos (Yunanıstan) 3:2
İnter Eskaldes (Andorra) – Kopenhagen (Danimarka) 2:0
ÇSKA (Sofiya, Bolqarıstan) – Trabzonspor (Türkiyə) 1:2