Qadın voleybolçulardan ibarət "DH Volley" klubu avrokubokda növbəti oyununa çıxıb. "Rekord.az" xəbər verir ki, Çelenc Kubokunda çıxış edən komandamız 1/16 final mərhələsində ilk oyununu Bakıda keçirib.

 FHN-in idman zalında təşkil olunan görüşdə rəqib Polşanın "LKS Commercecon LODZ" klubu olub. Qonaqların üstünlüyü ilə keçən matçda təmsilçimiz quru hesabla məğlub olub.

Qeyd edək ki, cütün cavab oyunu dekabrın 2-də Polşada keçiriləcək. "DH Volley" mərhələ adlamaq üçün həmin oyunda mütləq qələbə qazanmalıdır.


26 noyabr

Çelenc Kuboku

1/16 final mərhələsi, 1-ci oyun

   "DH Volley" - "LKS Commercecon LODZ" 0:3