La Liqada noyabrın ən yaxşısı bəlli oldu
- 02 Dek 2023 17:00
- 282
Antuan Qrizmann İspaniya çempionatında noyabr ayının ən yaxşı futbolçusu seçilib.
Rekord.az xəbər verir ki, "Atletiko”nun 32 yaşlı hücumçusu mükafat uğrunda mübarizədə hücumçular Borxa Mayoral (Xetafe), Ante Budimir (Osasuna), Artyom Dovbik (Jirona) və Ayose Peresə (Betis) qalib gəlib.
Qrizmann noyabrda La Liqada üç oyun keçirib, iki qol vurub və bir məhsuldar ötürmə edib.