Qətərin paytaxtı Dohada FIFA Plenar Sessiyası keçirilir.


Rekord.az xəbər verir ki, AFFA-nın vitse-prezidenti və İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva FIFA-nın Qadın Futbolunun İnkişafı Komitəsinin üzvü qismində Sessiyada və Komitə iclaslarında iştirak edir.


İlk iclas tanışlıq xarakterli olub, məqsədlərin müəyyənləşdirilməsinə, iş prosedurlarının və digər təşkilati məsələlərin razılaşdırılmasına həsr edilib.


Toplantıda qadın futbolunun inkişafı, müxtəlif regionlarda bu sahə üzrə FIFA layihə və proqramlarının tətbiqi, daha da irəli aparılması məsələləri ilə bağlı müxtəlif tövsiyələr verilir və müzakirələr aparılır.