Konfrans Liqasında 1/4 final mərhələsinin ilk matçları keçiriləcək
- 12:00
- 37
Konfrans Liqasında bu gün 1/4 final mərhələsinin ilk qarşılaşmaları baş tutacaq.
Rekord.az xəbər verir ki, İspaniyanın "Rayo Valyekano" komandası Yunanıstan təmsilçisi AEK-i qəbul edəcək.
Ukraynanın "Şaxtyor" kollektivi Niderlandın AZ klubu ilə münasibətlərinə aydınlıq gətirəcək. İngiltərənin "Kristal Pelas" komandası İtaliya təmsilçisi "Fiorentina"nı sınağa çəkəcək.
Almaniyanın "Maynts 05" klubu isə Fransanın "Strasburq" kollektivi ilə qarşılaşacaq.
UEFA Konfrans Liqası
1/4 final mərhələsi, ilk oyunlar
9 aprel
20:45. "Rayo Valyekano" (İspaniya) – AEK (Yunanıstan)
23:00. "Şaxtyor" (Ukrayna) – AZ (Alkmaar, Niderland)
23:00. "Kristal Pelas" (İngiltərə) – "Fiorentina" (İtaliya)
23:00. "Maynts 05" (Almaniya) – "Strasburq" (Fransa)
Qeyd edək ki, 1/4 final mərhələsinin cavab oyunları aprelin 16-da keçiriləcək.