“Komandamın çıxışından narazı qalmadım” – Zaur Həşimov
- 23:00
- 28
"Şəfa" bu gün Misli Premyer Liqasının 3-cü turunda "İmişli" ilə üz-üzə gəlib.
Rekord.az xəbər verir ki, 0:1 hesabı ilə məğlub olan Bakı klubunun baş məşqçisi Zaur Həşimovun oyundan sonra mətbuat konfransı keçirilib. Həşimov mübarizəli oyun olduğunu bildirib:
“Yaxşı oyun oldu. Temp, dinamika var idi. Əsasən də mübarizəli oyun oldu. İknci hissəyə yaxşı başlamadıq. İkinci hissənin əvvəlində "İmişli" qol fürsətindən yararlandı. Ümumən komandamın çıxışından narazı qalmadım. Uzun marafondur, əlimizdən gələni edəcəyik ki, yaxşı nəticələr qazanaq.
Birinci tur ilk oyun idi, futbolçular çempionatla tanış olurdular. İkinci turda nəticə bizim üçün qənaətbəxş oldu. Fikrimcə, bu turda da komandam pis çıxış etmədi. Dediyim ki, epizodlarıməz oldu, yararlana bilmədik".