2024/2025 mövsümündə Azərbaycan Premyer Liqasında iştirak edən klubların uşaq-gənclər sektoruna ayrılan maliyyə vəsaiti açıqlanıb.


Rekord.az xəbər verir ki, bu barədə AFFA-nın klubların lisenziyalaşdırılması üzrə hesabatında qeyd olunub.


Sözügedən mövsümdə klubların uşaq-gənclər sektoruna 6 milyon 622 min 262 manat vəsait ayrılıb.


Qeyd edək ki, 2023/2024 mövsümündə bu rəqəm 5 milyon 811 min 726 manat olub.