Klubların lisenziyalaşdırılması üzrə təlimlər başa çatdı
- 07 Yan 2026 19:00
- 60
AFFA Lisenziya və Qeydiyyat Departamenti klubların lisenziyalaşdırılması üzrə təlimləri başa vurub.
Rekord.az xəbər verir ki, lisenziyalaşdırma şöbəsinin əməkdaşları 2026/2027-ci il mövsümü üzrə yarışlarda iştirak etmək məqsədilə lisenziya almaq üçün müraciət edən bütün Premyer Liqa, I və II Liqa, o cümlədən AFFA Yüksək Qızlar Liqasında çıxış edən klublarla fərdi görüşərək lisenziyalaşdırma qaydalarını müzakirə edib, klub nümayəndələrini müvafiq sənədlərlə tanış ediblər.
2025-ci ilin noyabr-dekabr aylarını əhatə edən təlimlərin 20-si AFFA-nın inzibati binasında, 10-u isə regionlarda baş tutub.